Site icon Frame.az

Azərbaycanda koronavirus infeksiyasından daha 1024 nəfər müalicə olunaraq sağalıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 1024 nəfər müalicə olunaraq sağalıb, 432 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 330 min 701 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 316 min 439 nəfər müalicə olunaraq sağalıb, 4802 nəfər vəfat edib. Aktiv xəstə sayı 9460 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 404 min 46 test aparılıb. Bugünkü test sayı isə 11116-dır.

Exit mobile version