Azərbaycanın basketbol üzrə U-18 komandası Avropa çempionatında bürünc medal qazanıb

San-Marinoda gənc basketbolçular arasında təşkil olunan Avropa çempionatının C divizionunda mübarizə aparan Azərbaycanın U-18 komandası üçüncü olub.

Bürünc medal uğrunda görüşdə millimiz qrupda məğlub etdiyi Lüksemburq seçməsi ilə qarşılaşıb.

Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə yığmamız qalib gəlməyi bacarıb.

Əlavə vaxtın ayrıldığı oyunda Tahir Baxşıyev və Anar Sarıyevin yetirmələri yekunda 78:73 hesabı ilə parketdən qalib ayrılaraq Avropa çempionatının bürünc medalına sahib olublar.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: