Mayın 15-də IV İslam Həmrəyliyi Oyunlarının cüdo yarışlarının üçüncü günündə kişilərdən ibarət Azərbaycan yığması finala vəsiqə əldə edib.
Komandamız yarımfinalda Özbəkistan kollektivindən üstün olub – 4:1. Komandamızın heyətində Məmmədəli Mehdiyev, Elxan Məmmədov, Nicat Şıxəlizadə və Rüstəm Orucov qələbə qazanıb, Rüfət İsmayılov isə məğlubiyyətlə barışıb.
Frame.az