Azərbaycanın lider qadınları üçün əsas biznes tədbiri olan “SHE Congress” canlı görüşlərə qayıdır

18 may 2022-ci il JW Marriott Absheron Baku otelində Azərbaycanvə digər ölkələrin iş qadınlarını bir araya gətirən sayca dördüncü SHE Congress – irimiqyaslı beynəlxalq tədbiri öz işinə başlayacaq.

Adında qadınlar üçün məxsusi özəllikləri ifadə edən sözləri – Smart, Happy, Elegant (Ağıllı, Xoşbəxt, Zərif) – birləşdirən tədbir,ilk dəfə 2014-cü ildə Kiyevdə keçirilib, 2017-ci ildən etibarən isə üç dəfə uğurla Bakıda baş tutub və 2500-dən çox qadın üçün görüş yerinə çevrilib.

Bu ilki konqres öz qapılarını Azərbaycan, Avropa və Asiyanın digər ölkələrindən olan 300 iş qadınına açacaq.

Səhnədə və salonda bu günün və sabahın liderlərini toplayan təşkilatçıların məqsədi – ideya və iştirakçıların karyera yüksəlişinə qarşılıqlı təkan vermək, hələ də qadınların peşəkar özünütəsdiqini müşayiət edən maneələrin sayını azaltmaq üçün səyləri birləşdirməkdir.

Sahibkar,“Azerbaijan Business Women” təşkilatının rəhbəri, tək Azərbaycanda deyil, bütöv regionda layihənin aparıcı qüvvəsi olan Tatyana Mikayılova bildirib ki, qadınların həyatın müxtəlif sahələrində özlərini təsdiq etməsinə yardım etmək onun əsas fəaliyyət istiqamətlərindən biridir.

“Qadınların biznesə, hakimiyyətə, ictimaiyyətə tam inteqrasiyasına yardım etmək mənim həyat missiyamın tərkib hissəsi və 10 ildən çoxdur davamlı və daimi məşğul olduğum bir mövzudur. Mənim müxtəliflik və inkluzivlik üzrə layihələrimdən biri artıq beş ildən çoxdur ki, öz adında “SHE” komponentini ehtiva edir. “SHE Congress” əhatəsinə görə ən irimiqyaslı formatdır, çünki illər ərzində 600-dən 800-ə qədər qadın ilhamlanmaq, güclənmək, motivasiya əldə etmək və irəliyə daha cəsarətli və əmin getmək naminə özünü yeniləmək üçün tədbirlərimizdə dayanmadan 8 saat iştirak edib. Bu ilin proqramı hətta güclü çağırışlar və dəyişikliklər zamanı,həm zalda, həm də səhnədə olan yeniliklərə açıq olan qadınları ruhlandırmaq gücündə olan insanlar və mövzularla zəngindir,” – deyə Tatyana Mikayılova qeyd edib.

Bu ilki tədbirin tərəfdaşları qismində KOB Azerbaijan,USAID, Crimson Education, PASHA Bank və BOSCH Home çıxış edir.

Konqresin tam proqramı və iştirakçıların siyahısı: SHE agenda 2022.pdf

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: