Site icon Frame.az

“Azərbaycanın mədəni sərvəti” layihəsi

Azərbaycan Xalça Muzeyində “Azərbaycanın mədəni sərvəti” layihəsi çərçivəsində tədbir keçirilir

Oktyabrın 26-da YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və Azərbaycan Xalça Muzeyinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalça Muzeyində “Azərbaycanın mədəni sərvəti” layihəsi çərçivəsində parça, tikmə və milli geyimlərin bərpası üzrə mühazirələr və ustad dərslər təşkil olunub.
Parça, tikmə və milli geyimlərin bərpası “Azərbaycanın mədəni sərvəti” layihəsinin bir proqramıdır. Proqramın məqsədi bu sahə üzrə yeni kadrların yetişdirilməsi və muzeydə müasir, beynəlxalq standartlara cavab verən bərpa mərkəzinin yaradılmasıdır.
Dərslər Almaniyanın Drezden Dövlət İncəsənət Kolleksiyasının parça, tikmə və geyim üzrə bərpaçı-mütəxəssisi Kristina Müller-Radloff tərəfindən keçirilir.
Qeyd edək ki, Xanım Müller-Radloff 1982-2009-cu illərdə Leypsiq Etnoqrafiya Muzeyində, 2010-cu ildən etibarən Drezden Dövlət İncəsənət Kolleksiyasında tekstsil konservatoru vəzifəsində çalışır. O bir sıra təşkilat və müəssisələr tərəfindən keçirilmiş təlimlərdə iştirak etmiş və dünyanın bütün qitələrindən olan tekstil kolleksiyalarının bərpası və konservasiyası ilə məşğuldur.

Parça, tikmə və milli geyimlərin bərpası üzrə mühazirələr və ustad dərsləri noyabrın 1-dək davam edəcək.

Fuad Rəsul
Azərbaycan Xalça Muzeyi
Mətbuat katibi

Exit mobile version