Avropa İttıfaqı (Aİ) və Azərbaycan arasında imzalanmış Yerdəyişmə üzrə Tərəfdaşlıq Bəyannaməsi çərçivəsində həyata keçirilən Aİ tərəfindən maliyyələşdirilən “Azərbaycanla Yerdəyişmə üzrə Tərəfdaşlığın həyata keçirilməsinə dəstək (MOBILAZE)” layihəsinin məqsədi nizamlı miqrasiya idarəçiliyini gücləndirmək məqsədilə Yerdəyişmə üzrə Tərəfdaşlığı imzalayan iştirakçı ölkələr arasında birbaşa mübadilə üçün möhkəm zəmin və real imkanlar yaratmaqdır.
Azərbaycan Respublikası dövlət orqanlarının nümayəndələri, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi, Niderland və Çexiyadan ekspertlər və Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz (MSİBM) 2018-ci il fevralın 20-də bir araya gələcəklər. Həmin gün sərhəd nəzarəti məntəqələrində səyahətçilərin profillərinin yaradılması və şəxsiyyətin müəyyənləşdirilməsinə üzrə üç günlük seminara start veriləcəkdir. Tədbir Bakıda Hyatt Regency otelinin Əmirov zalında keçiriləcəkdir.
Aİ tərəfindən maliyyələşdirilən MOBILAZE layihəsinin ümumi məqsədi miqrasiya sahəsində dövlət siyasətinin hazırlanması və həyata keçirilməsi üçün Azərbaycan Hökumətinin potensialının artırılmasına xüsusi diqqət yetirməklə Yerdəyişmə üzrə Tərəfdaşlığın icrasını dəstəkləməkdir. Layihənin xüsusi məqsədləri Azərbaycan Hökumətinin miqrasiya sahəsindəki monitorinq, təhlil və proqnozlaşdırma potensialının artırılması, əmək miqrasiyası, sənədlərin təhlükəsizliyi, milli sığınacaq siyasəti sahəsində və geri qayıdan Azərbaycan vətəndaşlarının davamlı reinteqrasiyasını həyata keçirilməsində idarəçiliyi və potensialı gücləndirmək, o cümlədən Aİ və Azərbaycan arasında yerdəyişməyə dair ictimai məlumatlılığı artırmaqdır.
Seminar zamanı seçilmiş mövzuda ixtisaslaşmış beynəlxalq ekspertlər və MSİBM mütəxəssisləri səyahətçilərin profillərin yaradılması və şəxsiyyətin müəyyənləşdirilməsi mövzusunda Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti və Dpvlət Miqrasiya Xidmətinin nümayəndələrinə xüsusi təlim keçəcək, həm Aİ/milli təcrübənin nəzəri tərəfi, həm də xidməti əməliyyat praktikası barədə biliklərlə bölüşəcəklər. İnteraktiv sessiyaların nəticəsi sərhəd idarəçiliyinə cavabdeh Azərbaycan Respublikası dövlət orqanlarının potensiallarının gücləndirilməsi, səyahətçilərin profillərinin yaradılması sahəsində milli qurumlararası və beynəlxalq əməkdaşlığın təkmilləşdirilməsi və sonrakı fəaliyyətlər üçün mümkün tövsiyələr siyahısı olacaqdır. Bu fəaliyyət, həmçinin sənədlərin təhlükəsizliyi mözzusunda həyata keçirilmiş əvvəlki seminarlar və Aİ üzv dövlətlərinə təlim səfərlərinin davamıdır. Dövlət Sərhəd Xidmətinin yüksək-vəzifəli nümayəndələri təlimin açılış hissəsində iştirak edəcək, layihənin donoru olan Aİ-nin Nümayəndəliyi, MSİBM-in Regional Koordinatoru və Niderland Krallığının Azərbaycandakı Səfirinin də iştirakı təmin olunacaqdır.
Frame.az