Azərbaycanlı dizaynerin oğlu Vaxtanqın klipində rol alıb
Gürcü əsilli, rus müğənni Vaxtanq Azərbaycanda klip çəkdirib.
Frame.az xəbər verir ki, Boris Milanovun lentə aldığı klip Bakının fərqli məkanları və İçərişəhərdə çəkilib.
“Обнадёжь надеждой, нирвана” adlı klipdə Bakının kasıb məhəllələri əks olunub. Ekran işində Vaxtanqın ağrılı keçən uşaqlıq dövrünü isə Said Temurxanov canlandırıb.
Qeyd edək ki, Said dizayner Vəfa İsazadənin oğludur.