Site icon Frame.az

“AzəriKard” jurnalistlər üçün media tur təşkil edib

Yanvarın 30-da “AzəriKard” Prosessinq Mərkəzi media nümayəndələri ilə görüş təşkil edib.

Tədbirdə şirkətin baş direktorunun müavini Zakir Əhmədov və Biznesin İnkişafı Departamentinin rəhbəri Cahangir Məmmədov“AzəriKard” Prosessinq Mərkəzinin işi barədə geniş təqdimatla çıxış edib. Zakir Əhmədov plastik kartlar, ödəniş sistemləri və bank kartları ilə bağlı olan proseslər haqqında danışıb. Cahangir Məmmədov isə “AzəriKard”ın ümumilikdə İnformasiya Texnologiyaları və Bankçılıq sektorunda uğurlu fəaliyyəti, eləcə də ölkədə nağdsız ödənişlərin həyata keçirilməsində önəmli rolu barədə jurnalistlərə ətraflı məlumat verib.

Təqdimatdan sonra jurnalistlər üçün  “AzəriKard”-ın ofisində media tur təşkil olunub. Media nümayəndələri şirkətin iş prosesi ilə yaxından tanış olublar.

“AzəriKard” Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club, UnionPay və JCB Beynəlxalq Ödəniş Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prossesinq mərkəzidir. Hal-hazırda “AzəriKard” Azərbaycanda, eləcə də onun hüdudlarından kənarda 21 banka prossesinq xidməti göstərir və onların hər biri Beynəlxalq Ödəmə Sistemlərinin üzvüdür.

Frame.az

Exit mobile version