MusiqiTəqdimat

Azərbaycan əsilli tanınmış müğənni ilk klipini təqdim etdi-FOTO-lar

Müğənni Anar-ın «Не со мной» adlı klipi az vaxt ərzində internetdə yayımlanmasına baxmayaraq artıq bir çoxları tərəfindən sevilir.

Yanvarın 22-də paytaxtın dəbdəbəli məkanlarından birində sözü gedən klipin təntənəli təqdimat mərasimi baş tutdu.

Anarın sözlərinə görə klip Black Stage Group tərəfindən Dubai-də çəkilib. Rejissor Mariya Jemçujina, operator Aleksandr Kazakov klipdə həm Dubainin möhtəşəm görüntülərini, həm də sonu xəyanətlə bitən sevgini canlandırıblar. Qeyd edək ki, bu onların Dubaidə ilk işləridir.

Klipdə Anarın tərəf müqabili rolunda məşhur Gürcü əsilli aparıcı, model və aktrisa Kamilla Ştern çəkilmişdir.

Klip SNQ və Rusiya ərazisində ən böyük musiqi portalı sayılan ELLO-da artıq izlənmə rekordları qırmaqdadır. Bu portalda həmçinin Emin, F.Kirkorov, Nyuşa kimi müğənnilərin də klipləri yayımlanır.

Anar klipini öz vətənində təqdim etməkdən qürur duyduğunu və tamaşaçı alqışlarını səhnələrdə eşitməyin onun ən böyük arzusu olduğunu vurğuladı.

Frame.az kollektivi Anarı bu uğuru münasibəti ilə təbrik edir, sonsuz tamaşaçı sevgisi və alqışları arzu edir. Tədbirdən fotoları və sözü gedən klipi sizlərə təqdim edirik.

Fotolar Photographer Emin-ə məxsusdur.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!