IqtisadiyyatTəqdimat

Azərbaycan Danimarkaya növbəti dəfə Alüminium profil ixrac edir

Aprelin 3-də Azərbaycandan Danimarkaya  növbəti yerli istehsal olan alüminium  profillər yola salınıb. İxracat “Made in Azerbaijan” brendinin ən uğurlu təmsilçilərindən olan STP-nin  aldığı sifariş əsasında həyata keçirilib.  Bu Azərbaycanın Danimarkaya ixrac etdiyi ikinci alüminium profillər sifarişidir.İlk sifariş 2018-ci ilin noyabr ayında həyata keçirilib.  Danimarka tərəfi məhsuldan razı qaldığı üçün daimi sifariş vermək qərarına gəlib. STP 2019-cu ildəhəmin şirkət vasitəsilə Danimarkaya daha bir neçə  dəfə alüminium profillər satmağı planlaşdırır.

İxrac olunan alüminium profillər ən müasir  avadanlıqlarda, ən keyfiyyətli xammaldan istifadə olunaraq istehsal olunub.  Məhsul Danimarkada sənaye və mülki obyektlərin tikintisində istifadə  olunacaq.

Sumqayıt Texnologiyalar Parkın 2014-cü ildən başlayaraq  fasad və standart formada olmaqla isti və soyuq seriyalı profillər, alüminium boşluqlar, pəncərə sistemləri, alüminium elektrik şinləri, habelə müştərinin istəyinə uyğun digər alüminium məhsulları istehsal edir. Zavodda alüminium profillərin istehsalı ilə yanaşı toz boya, alüminium əritmə və pəstahlama, misəritmə sahələri fəaliyyət göstərir.

STP-nin Alüminium Profillər Zavodunun istehsal etdiyi bütün məhsullar həm kimyəvi, həm də fiziki xüsusiyyətlərinə görə beynəlxalq tələblərə tam cavab verdiyinə görə xarici bazarlarda da yüksək maraqla qarşılanır.

Qeyd edək ki, Sumqayıt Texnologiyalar Parkı 2009-cu ilin dekabr ayının 22-də dövlət başçısı İlham Əliyevin iştirakı ilə istismara verilib. Hazırda texnoparkda mövcud olan 13 zavodda 30-dan artıq istehsal sahəsi fəaliyyət göstərir. Bu istehsal sahələri həm ölkəmizin, həm də xarici ölkələrin neft-qaz, energetika, tikinti və kənd təsərrüfatı sektorlarını geniş çeşiddə məhsullarla təmin edir. Kabellər, polimer borular, elektrik avadanlıqları, metal konstruksiyalar, qəliblər, press formalar və ştamplar texnoparkın təklif etdiyi məhsullardan sadəcə bir qismidir. Texnologiyalar Parkı xüsusilə də 500 Kv-luq ifrat yüksək gərginlikli elektrik kabellərinin, Lan və fiber-optik kabellərin, 1200 mm PE 100 borularının regionda yeganə istehsalçısıdır. Parkın bütün zavodları Avropa istehsalı olan laboratoriyalarla təchiz edilib və AZS ISO/IEC 17025-2009 standartlarına uyğun şəkildə akkreditasiyadan keçib. Burada istehsal olunan bütün məhsulların müvafiq keyfiyyət sertifikatları mövcuddur.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!