EventsMədəniyyətTəqdimat

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cüzeppe Verdinin “ Trubadur “ operasının tamaşası keçiriləcək

Tamaşada azərbaycanlı vokal ustaları ilə yanaşı Özbəkistan və Rusiyadan dəvət olunmuş opera sənətçiləri də iştirak edəcəklər.

Belə ki, Özbəkistan Milli Opera və Balet Teatrının aparıcı solisti, Özbəkistanın Xalq artisti, Vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Ramiz Usmanov tamaşada Manriko partiyasını, Sankt Peterburqun Marinski teatrının Primorsk səhnəsinin solisti, Beynəlxalq müsabiqələr laureatı Vyaçeslav Vasilyev Qraf di Luna, Mixaylovski adına teatrın solisti, Beynəlxalq müsabiqələr laureatı Anastasiya Barun isə Leonora partiyasını ifa edəcəklər.

Opera tamaşasında Azərbaycanın Əməkdar artistləri Səbinə Vahabzadə Azuçena, Tural Ağasıyev Ruis, Xalq artisti Əkrəm Poladov Ferrando, solistlər Nina Makarova İnes, Elçin Əhədzadə isə qoca qaraçı rollarında çıxış edəcəklər.

Tamaşanı Azərbaycan Respublikasının Əməkdar artisti, dirijorların beynəlxalq müsabiqələrinin laureatı, “ Humay “ milli mükafatının laureatı Əyyub Quliyev idarə edəcəkdir.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!