Site icon Frame.az

Azərbaycan ilə Meksika arasında turizm sektorunda ikitərəfli əlaqələrin genişləndirilməsi müzakirə edilib

Meksikanın ölkəmizdəki səfiri Rodriqo Labardini Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə görüşüb.

Frame.az xəbər verir ki, turizm sektorunda ikitərəfli əlaqələrin genişləndirilməsi məqsədilə onların təhlilinə həsr olunmuş görüşdə qlobal pandemiya şəraitində əməkdaşlığın hazırkı durumu və perspektivləri nəzərdən keçirilib. Bu xüsusda, pandemiyanın dünya turizmin inkişafına mənfi təsiri və sektorun yenidən canlanmasının zəruriliyi qeyd olunub.

Fuad Nağıyev agentliyin fəaliyyəti və funksiyalarından söhbət açaraq, son illərdə ölkədə turizm sahəsinin inkişafı üçün həyata keçirilən islahatları qeyd edib və erməni işğalından azad olunmuş ərazilərin təqdim etdiyi imkanlardan danışıb.

Səfir Labardini, öz tərəfindən, dünyanın ən çox ziyarət edilən istiqaməti olan Meksikanın turizm potensialını önə çəkib. Bununla əlaqədar, turizmin müxtəlif növlərinə aid ölkəsinin təqdim etdiyi imkanları sadalayıb: romantik turizm, macəra turizmi, lüks turizm və s. Diplomat qeyd edib ki, pandemiya şəraitinə baxmayaraq, Meksika-Azərbaycan ikitərəfli ticarəti 2020-ci ildə, öncəki ilə münasibətdə, təxminən 4 faizə enmişdir ki, bu da hər iki ölkə arasında ticarətin dayanıqlı artımının və onun potensialının təzahürüdür. Səfir Azərbaycan turizm agentliklərinin Meksikaya səfər etməsi üçün tanıtım səyahətlərinin təşkilinə istinad edib. Həmçinin Meksika turizm agentliklərinin Azərbaycana səfərinin mümkün ola biləcəyini bildirib.

Bununla əlaqədar, Fuad Nağıyev ikitərəfli turizmə təkan verəcək əməkdaşlıq sxemlərinin araşdırılması üçün agentliyin hazır olduğunu bildirib.

Tərəflər pandemiyadan öncəki dövrdə qarşılıqlı turistik səfərlərinin artımını yada salaraq və həmin gedişata əsasən, əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə dair ümidlərini ifadə ediblər.

Exit mobile version