EventsIqtisadiyyatMobil dünyaTəhsilTəqdimatƏn SonƏn Son

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin keçirəcəyi təlimlərə qeydiyyat müddəti uzadılıb

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi çoxsaylı müraciətləri nəzərə alaraq keçirəcəyi təlimlərə qeydiyyat müddətini 20 oktyabr 2022-ci il tarixinədək uzadıb. Təlimlərdə iştirak etmək istəyən namizədlər bu keçidə daxil olub onlayn müraciət formasını dolduraraq qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, kibertəhlükəsizlik sahəsi üzrə keçiriləcək təlimlərə qoşulmaq üçün 18 yaşdan yuxarı, ingilis dili biliklərinə malik Azərbaycan vətəndaşları müraciət edə bilərlər. Namizədlər onlayn qeydiyyat, test və müsahibə olmaqla üçmərhələli seçim turunda iştirak edəcəklər. Bütün mərhələləri uğurla keçən 60 nəfər təlimlərdə iştirak hüququ qazanacaq.

6 ay müddətində ödənişsiz əsaslarla keçiriləcək təlimləri İsrailin Texnion Universitetinin professor-müəllim heyəti apacaq. Tədris ingilis dilində olacaq. Təlimlər əyani şəkildə Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində həftənin 5 günü, hər gün 8 saat olmaqla təşkil olunacaq.

Proqramın ilk mərhələsində kibertəhlükəsizliyin əsasları, kompüter şəbəkələri, əməliyyat sistemləri və proqramlaşdırmanın əsasları tədris ediləcək. İkinci mərhələdə iştirakçılar hücum yönümlü (Red team) və ya müdafiə yönümlü (Blue team) istiqamətlər üzrə ixtisaslaşma təlimlərinə cəlb olunacaqlar. Proqramın sonuncu mərhələsində iştirakçılar xüsusi hazırlanmış platformalarda real iş mühitinə uyğun hazırlanmış ssenarilər əsasında praktiki tapşırıqları yerinə yetirərək əldə etdikləri bilik və bacarıqları daha da təkmilləşdirəcəklər. Təlim proqramını uğurla başa vuranlar sonda Texnion Universitetinin sertifikatını əldə edərək kibertəhlükəsizlik üzrə mütəxəssisə çevriləcəklər.

Qeyd edək ki, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti ilə İsrailin Texnion Universiteti arasında imzalanmış müqaviləyə əsasən təsis edilib. Növbəti 3 il ərzində Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində kibertəhlükəsizlik sahəsi üzrə 1000-dən çox yerli mütəxəssisin hazırlanması nəzərdə tutulur.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!