XV Avropa Gənclər Yay Olimpiya Festivalında çəkisi 90 kq-dan yuxarı cüdoçuların mübarizəsinə yekun vurulub.
Qalibi müəyyən edən final döyüşündə Azərbaycan cüdoçusu Hüseyn Məmmədovla rusiyalı Əhməd Maqomedov qarşılaşıblar. Bunadək Almaniya, Yunanıstan və Moldova idmançılarını mübarizədən kənarlaşdırmış Hüseyn Məmmədov həlledici döyüşdə də büdrəməyib və Azərbaycan komandasına Festivalda 10-cu çempionluğun sevincini yaşadıb.
+90 kq çəki dərəcəsində bürünc medalları Giqa Tatiaşvili (Gürcüstan) və Mathias Anlion (Fransa) qazanıblar.
Frame.az