EventsMobil dünyaTəqdimat

Azərbaycan maliyyə yönümlü zərərli proqramların hücumuna məruz qalan istifadəçilərin sayına görə ilk 10 ölkəyə daxil olub

Kaspersky 2022-ci ilin birinci rübündə qeydə alınan maliyyə təhdidləri haqqında hesabatını dərc edib*.

Ümumilikdə, yanvar-mart ayları ərzində şirkətin həlləri 107848 unikal istifadəçinin kompüterində bank hesablarından pul oğurlamaq məqsədilə işə salınan bir və ya bir neçə maliyyə yönümlü zərərli proqram aşkarlayıb. Eyni zamanda, Azərbaycan hücuma məruz qalan istifadəçilərin payına görə 7-ci yeri tutaraq ilk onluğa daxil olub.

Əsas maliyyə təhdidləri sırasına bank troyanları, həmçinin ATM və ya PoS üzərindən müdaxilə edən zərərli proqramları daxildir. Onların hamısı istifadəçilərin bank hesablarından pul oğurlamaq üçün nəzərdə tutulub. Bundan əlavə, zərərli proqramlar təcavüzkarlara fərdi kompüteri uzaqdanidarə etmək, ekranıngörüntülərini çəkmək, klaviaturadandaxiledilmiş məlumatları ələ keçirmək, istifadəçininkompüterinə zərərlifaylları yükləməkvə onları işə salmaq imkanı verə bilər.

“Əksər bank troyanları Rusiya və MDB ölkələrini hədəf alıb və ümumilikdə Azərbaycanın hücuma məruz qalan istifadəçilərin payına görə ilk onluğa düşməsi gözləniləndir. Ümid edirik ki, bu “anti-reytinq” həm şirkətlərə, həm də son istifadəçilərə belə mühüm problemə yenidən diqqət yetirməyə kömək edəcək. Troyanlar daim inkişaf edir, onların istifadəsi ilə saxtakarlıq sxemləri daha da mürəkkəbləşir, bank proqramlarından gələn zənglərə və dəstək xidməti ilə söhbətin imitasiyasına qədər yeni ssenarilərlə tamamlanır. Bu baxımdan biz şirkətlərə kibertəhlükələrdən qorunmağa, istifadəçilərə isə rəqəmsal gigiyena səviyyəsini yüksəltməyə daha çox diqqət yetirməyi tövsiyə edirik”, – deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib.

Maliyyə təhdidlərindən qorunmaq üçün, Kaspersky istifadəçilərə tövsiyə edir:

məktubun gəldiyi ünvanı yoxlayın;

şübhəli linkləri və əlavə olunmuş fayyları açmayın;

bildirişi üçüncü şəxslərə göndərməzdən əvvəl tərkibindəki məlumatı diqqətlə yoxlayın;

rəqəmsal savadlılıq səviyyəsini artırın.

Şirkətlərə tövsiyə olunur:

məsələn, Kaspersky Financial Threat Intelligence Reporting vasitəsilə SOC komandasına kibertəhlükələr haqqında ən son məlumatlara çıxışı təmin edin;

müştəriləri təcavüzkarların istifadə edə biləcəyi mümkün təhlükələr və tələlər haqqında məlumatlandırın;

dələduzluqla mübarizə üçün, KasperskyFraudPreventionkimihəllərtətbiq edin;

banklara mümkün kiberhücumları müəyyən etmək üçün mütəmadi olaraq bankomatların təhlükəsizlik qiymətləndirmələrini və ya kənar müdaxilə testlərini aparmaq, müdaxilə edənlər tərəfindən cihazda quraşdırılmış hər hansı anormal elementlərin olub olmadığını yoxlamaq tövsiyə olunur.

* Göstəricilər statistik məlumatların ötürülməsinə razılıq verən istifadəçilər tərəfindən təqdim edilən Kaspersky məhsul və xidmətlərinin aşkarlama verdiktlərinə əsaslanır.

 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!