“Azərbaycan milli geyimləri olduğu kimi” sərgisinin əsas məqsədi qloballaşan dünyada Azərbaycan türk–müsəlman mədəniyyətinin qorunub saxlanmasına və gələcək nəslə təhrifsiz ötürülməsinə töhfə verməkdir. Belə ki, son illərdə milli geyim mədəniyyətimizdə özfəaliyyət xarakteri daşıyan dəyişik və təhriflər əsl həqiqətin ortaya qoyulması ehtiyacını doğurmuşdur. Sənətşünaslıq üzrə elmlər doktoru Səbirə Dünyamalıyevanın Azərbaycan Respublikası, Gürcüstan Respublikası, İran İslam Respublikasındakı muzey və kolleksiyalarda apardığı tədqiqat nəticəsində XIX əsrin sonu, XX əsrin əvvəllərində istər Şimali, istərsə də Cənubi Azərbaycanda mövcud olmuş geyim növlərinin norma və qaydaları müəyyən edilmiş, onların əsasında milli geyim standartları tərtib edilmişdir.
Maliyyə dəstəyi göstərmiş bir sıra vətənpərvər azərbaycanlının köməyi ilə milli geyim standartlarına uyğun olaraq, ənənəvi materiallar və üsullar tətbiq edilməklə kişi və qadın geyim komplektləri tikilmişdir.
Sərgidə geyimlərlə bərabər Muzeyin kolleksiyasında olan tarixi fotoşəkillər, eləcə də müvafiq məlumatlar təqdim olunur.
Frame.az