Ən Son

Azərbaycan Milli İncəsənət Muzeyində qeyri-adi sərgi keçiriləcək

Oktyabr ayının 14-15 tarixlərində Azərbaycan Milli İncəsənət Muzeyində qeyri-adi bir sərgi keçiriləcək. 

 Azərbaycanın aparıcı rəssamlarının 7 əsəri yenilikçi texnologiyaların təfsirində təqdim ediləcək. Zalda Tahir Salahov, Səttar Bəhlulzadə, Əzim Əzimzadə, Faiq Əhmədov və başqaları kimi tanınmış ustaların əsərləri nümayiş olunacaq. 

“Orijinal” kətan işlərinin yanında xüsusi 3D printerdə çap olunmuş rəssamlara xas olan şəkildə hazırlanan zərgərlik əsərləri nümayiş etdiriləcək. Sərginin başlıca məqsədi XX-ci əsrin azərbaycanlı rəssamlarının əsərlərini və texnikalarını zamanımızın müasir texnologiyası ilə nümayiş etdirməkdir. Sərgi incəsənət, moda və yüksək texnologiyaları bir konsepsiya altında toplamaq üçün nəzərdə tutulmuşdur.

Sərgi Azərbaycan Gənclər Fondunun və Azərbaycan Milli İncəsənət Muzeyinin dəstəyi ilə 247RAARE müstəqil şirkəti tərəfindən təşkil olunur.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!