FestivallarIqtisadiyyatTurizmTəqdimat

Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyası növbəti “Baku Shoping Festival”-ın keçirilməsini təklif edir

Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyası idarə heyətinin növbəti iclası keşirilib. İclas gündəliyinin əsas mövzusu Bakıda növbəti Ticarət Festivalının ( “Baku Shoping Festival”) keçirilməsi oldu. Assosiasiyanın təşkilatçılığı ilə “Shoping Festival”-ın 2022-ci ilin noyabr ayında keçirilməsi təklif olunur.

Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyası İdarə heyətinin sədri Fərid Novruzinin sözlərinə görə, Ticarət Festivalının keçirilməsi, həm brend mağazalarının dövriyyəsinin artırılması, həm ölkəyə turist axınının təmin edilməsi, eləcə də, Dövlət Vergi Xidmətinin xətti ilə Dövlət büdcəsinə ödənişlərin artırılması və əlavə dəyər vergisinin (ƏDV) geri qaytarılması mexanizmi ilə nağdsız ödənişlərin artırılması və vergi mədəniyyətinin formalaşdırılmasına müsbət təsir göstərəcək.

“Baku Shoping Festival”-ı çərçivəsində tətbiq edilən xüsusi kampaniya və endirimlər isə yerli istehlakçılara brend geyimlərinin əlverişli qiymətlərlə əldə edilməsi imkanı yaradacaq ki, bu da AFRA fəaliyyətinin prioritet istiqamətlərindəndir”, – deyə Fərid Novruzi bildirdi.

İdarə heyətinin bütün üzvləri “Baku Shoping Festival”-ın keçirilməsi təklifini dəstəkləyərək, festivalın təşkilinə lazımi dəstəyin verilməsinə hazır olduqlarını bildirdilər. İclasın sonunda “Baku Shoping Festival”-ın təşkil edilməsi istiqamətində işlərə start verilməsi, müvafiq dövlət və özəl qurumlar ilə danışıqların aparılması və güzəştlərin tətbiq edilməsi istiqamətində işlərin aparılması haqqında qərar qəbul edildi.

 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!