EventsFrame LifeSosialTəqdimat

Azərbaycan Qadını Forumu

17 mart 2019-cu il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin tərəfdaşlığı ilə XI qrant müsabiqəsinin qalibi Günay Məhərrəmlinin “Azərbaycan Qadını” Forumu keçiriləcək.

Frame.az-a verilən məlumata əsasən, “Azərbaycan Qadını” Forumunun keçirilməsində əsas məqsəd müxtəlif sahələrdə uğur qazanmış qadınlarla gənclərin görüşünü təşkil etmək, müzakirələr aparmaq, müxtəlif suallara cavab tapmaqdan ibarətdir.

Forumda iştirak etməklə Siz çoxlu motivasiya və ilham hekayələri, yeni biliklər, sevinc dolu anlar, təbəssüm, gözəllik, yüzlərlə fotoşəkil, inanılmaz şəbəkə və fəaliyyətiniz üçün çoxsaylı imkanlar qazanacaqsınız.

Forumun 12 spikeri ilə ən yaxın zamanda tanış olacaqsınız!

Hər zaman xanımları dəstəkləyən bəyləri də forumda iştirak etməyə dəvət edirik. Forum 2 paneldən ibarət olacaq.

Qeydiyyat

Forumda iştirak etmək üçün qeydiyyatdan keçmək vacibdir.

Qeydiyyat üçün son tarix: 15 Mart, 15:00

📍Landmark III Rotunda zalı
Nizami küçəsi 90. Bakı, Azərbaycan

Daha ətraflı:
📞 (+994) 55 885 22 30

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!