Site icon Frame.az

“Azərbaycan təsviri sənətində qrafika dünən və bugün” adlı respublika rəsm müsabiqəsinin birinci turu başa çatmışdır

Müasir Azərbaycan incəsənətinin əsas növlərindən olan qrafikanın  rolunu və mövqeyini genişləndirmək, mədəni ictimaiyyətin diqqətini bu sənət növünə cəlb etmək, qrafika sənəti ustalarının yaradıcılığını təbliğ etmək və rəssamların bu sahəyə intensiv   müraciət etmələrini stimullaşdırmaq  məqsədi ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində  elan  olunmuş   “Azərbaycan təsviri sənətində qrafika dünən və bugün” adlı respublika rəsm müsabiqəsinin birinci  turu başa çatmışdır.

Müsabiqəyə 380-dan çox  qrafika və qrafika  yönlü əsərlər təqdim  olunmuş və 76 əsər seçilərək  ikinci turda –  sərgi-müsabiqədə  iştirak etmək şansı qazanmışdır.Nəzərinizə çatdırırıq  ki, bu  əsərlər  arasından I, II, III  yerlər, həvəsləndirici mükafatlar o cümlədən, qrafikanın müxtəlif texnikaları üzrə nominasiya mükafatları  nəzərdə tutulmuşdur.Sərgi 2019-cuil 8-18 yanvar  tarixlərini  əhatə edəcək  və sərgi davam etdiyi müddətcə müxtəlif tədbirlər,o cümlədən,qrafika  ustaları ilə görüş,gənc qrafiklərlə görüş,mətbəə işçiləri ilə görüş və s. Nəzərinizə çatdıraq ki, sərginin kataloqunun çapı nəzərdə tutulmuşdur.Sərgidə klassik qrafiklərin, bugünün qrafiklərinin və gənc qrafiklərin  əsərləri yer alacaq. Qeyd  etmək  istəyirəm ki,ən gənc qrafikin 8 yaşı var.

Qaliblər üçün mükafatla bərabər “Mədəniyyət” qəzetində ən yaxşı əsər və onun müəllifi haqqında yazı dərc olunması nəzərdə tutulub.

Müsabiqənin yekun sərgisi “Qrafika 2019”adı altında 2019-cu il 8-18 yanvarXətai Sənət Mərkəzində tamaşaçıların üzünə açıq olacaqdır.

Frame.az

Exit mobile version