IqtisadiyyatTurizmTəqdimat

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyəti yenidən formalaşdırılıb

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) 2-ci Baş Assambleyası keçirilib.

ATAA-nın İdarə Heyətinin sədri Rüfət Hacıyev Assambleya iştirakçılarına hesabat təqdim edərək Assosiasiyanın bu illər ərzində gördüyü işlər barəsində ətraflı məlumat verib. Çıxışının sonunda Rüfət Hacıyev bu gündən etibarən fəaliyyətini Azərbaycan Turizm Bürosunun İdarə Heyəti sədrinin turizm sənayesinin inkişafı üzrə müşaviri olaraq davam etdirəcəyini və bununla əlaqədar olaraq ATAA-nın İdarə Heyəti sədri postuna Göydəniz Qəhrəmanovun namizədliyini təklif edib.

Assosiasiyanın nizamnaməsinə əsasən quruma yeni İdarə Heyəti sədrinin və İdarə Heyəti üzvlərinin seçkisi keçirilib. Açıq səsvermə yolu ilə baş tutan seçkilərdə Göydəniz Qəhrəmanov Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri seçilib. Eyni zamanda, Assosiasiyanın İdarə Heyəti yenidən formalaşdırılıb. Belə ki, Əhməd Qurbanov sədrin müavini, Qüdrət Hacıyev, İbrahim Əliyev, Vəfa Cavadova, İlmir İsmayılov, Raul Fərəcov, Müzəffər Abbasov və Çingiz Mürsəlov yeni İdarə Heyətinin üzvləri seçiliblər.

Göydəniz Qəhrəmanov Assosiasiyanın mümkün vasitələrdən və imkanlardan istifadə edərək ölkə turizminin bərpasında və inkişafında, eləcə də dünyaya tanıdılmasında aktiv fəaliyyət göstərəcəyini bildirib. O, Assosiasiya olaraq bundan sonra da turizm agentlikləri arasında əməkdaşlıq əlaqələrinin effektiv qurulmasına və inkişafına çalışacaqlarını, üzv şirkətlərin maraqlarının qorunmasını təmin edəcəklərini bildirib.

G.Qəhrəmanov Assosiasiyaya yarandığı gündən böyük dəstək göstərən Dövlət Turizm Agentliyinə və Azərbaycan Turizm Bürosuna təşəkkürünü bildirib.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!