Site icon Frame.az

Azərbaycan və Çexiya arasında antidopinqlə bağlı əməkdaşlığın perspektivləri müzakirə olunub

Bakıda Azərbaycan Milli Antidopinq Agentliyi ilə Çexiya Antidopinq Komitəsinin rəhbərliyi arasında görüş olub.

AMADA-dan verilən məlumata görə, görüş zamanı tərəflər qadağan edilmiş vasitələrin və üsulların istifadəsinə qarşı mübarizə sahəsində ikitərəfli əməkdaşlığın perspektivləri, təcrübə mübadiləsinin aparılması məqsədilə anlaşma memorandumunun imzalanması imkanlarını müzakirə ediblər.

Hər iki tərəf antidopinq proqramlarının təkmilləşdirilməsinə yönəlmiş innovativ layihələr üzərində birgə fəaliyyətdə maraqlı olduğunu bildirib.

Görüş zamanı idmançılara və onların köməkçi heyətinə dərman vasitələrinin Ümumdünya Antidopinq Agentliyinin (WADA) qadağan edilmiş siyahısında olub-olmadığını yoxlamağa imkan verəcək mobil proqramın hazırlanmasına xüsusi diqqət yetirilib. Bu proqram təmiz idmanın təmin edilməsində və idmançıları qadağan edilmiş maddələrin qəsdən istifadəsindən qorumaqda mühüm vasitə olacaq.

Çexiya Antidopinq Komitəsinin rəhbəri Martin Çizjek AMADA ilə əməkdaşlıq etmək imkanından məmnun olduqlarını bildirib.

AMADA-nın icraçı direktorunun müavini Rüfət Efendiyev isə öz növbəsində bu tərəfdaşlıqda böyük potensial gördüklərini və mobil tətbiqin hazırlanması kimi innovativ yanaşmaların antidopinq standartlarını yeni səviyyəyə qaldırmağa imkan verəcəyini vurğulayıb.

Exit mobile version