İşgüzar proqramda muzeylər öz yeni təcrübələrini bölüşür, dəyirmi masalarda müzakirələr keçirir, bu gün muzeylərdə yaranan problemlərin həllini tapmaq üçün danışıqlar aparırdılar. Bu ilki festivalın mövzusu “Qeyri-maddiyə toxunuş. Muzeylər qeyri-maddi mədəniyyətin mühafizləri kimi” adlanırdı. Bu mövzu üzrə Azərbaycan Xalça Muzeyinin əməkdaşı Aynur Məmmədova öz məruzəsi ilə çıxış etdi. O, Azərbaycan Xalça Muzeyində ənənəvi dekorativ-tətbiqi sənət nümunələrinin unudulmaqda olan texnikalarının bərpası sahəsində tətbiq olunan proqramlar haqqında ətraflı məlumat verdi.
Festival çərçivəsində təşkil olunmuş sərgidə 300-dən çox Rusiya və xarici ölkələrin muzeylərinin stendləri təşkil olunmuşdu. Onlar burada öz muzeylərini təqdim edirdilər. Sərgidə ölkəmizi Vaqif Mustafazadənin ev-muzeyi təmsil etdi.
Burada xüsusi olaraq uşaqlar və yeniyetmələr üçün təhsil və əyləncə proqramları da təqdim olundu.
Frame.az