EventsMusiqiMədəniyyət

Azərbaycan Xalça Muzeyində Qara Qarayevin 100 illiyi münasibəti ilə bəstəkarın əsərlərindən parçalar səsləndiriir

Bu gündən etibarən Azərbaycan Xalça Muzeyində Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi, böyük bəstəkar, tanınmış alim-pedaqoq və ictimai xadim, SSRİ Xalq Artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, akademik Qara Qarayevin anadan olmasının 100 illiyi münasibəti ilə ekspozisiyada fon musiqi qismində bəstəkarın əsərlərindən ibarət musiqi parçaları səsləndirilir.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Qara Qarayevin 100 illik yubileyi haqqında” xüsusi sərəncam imzalayıb. Həmin sərəncamın icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əmri ilə tədbirlər planı hazırlanıb təsdiq edilib.

Qeyd edək ki, Azərbaycan Xalça Muzeyində xalqımızın qədim musiqi aləti olan udun müşayiəti ilə ekspozisiyada fon musiqisi qismində xalq və bəstəkar mahnıları daim səsləndirilir. Burada məqsəd xarici qonaqlara və bütün ziyarətçilərə Azərbaycan musiqisini tanıtmaq və milli, maddi-mənəvi irsimizin tarixini özündə qoruyub saxlayan xalçalarımızla yanaşı, zəngin musiqi mədəniyyyətimizi də təbliğ etməkdir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!