EventsTəqdimat

Azərbaycan Xalça Muzeyində ustad dərsləri davam edir

Oktyabrın 24-dən etibarən YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və Azərbaycan Xalça Muzeyinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalça Muzeyində “Azərbaycanın mədəni sərvəti” layihəsi çərçivəsində parça, tikmə və milli geyimlərin bərpası üzrə mühazirələrə və ustad dərslərinə start verilib.

Azərbaycan xalçası əsirlər boyu özündə milli xarakteri, milli adət-ənənəni, Azərbaycan ədəbiyyatını və tarixini əks etdirən bir sənət nümunəsidir və tarixi sənəddir.
Bildirək ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti sayəsində milli xalçaçılıq sənəti 2010-cu ildə UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilib.
Qeyd edək ki, parça, tikmə və milli geyimlərin bərpası “Azərbaycanın mədəni sərvəti” layihəsinin bir proqramıdır. Proqramın məqsədi bu sahə üzrə yeni kadrların yetişdirilməsi və muzeydə müasir, beynəlxalq standartlara cavab verən bərpa mərkəzinin yaradılmasıdır.
Dərslər Moskova Dövlət Elmi-Təqiqat Bərpa üzrə İnstitutunun yüksək dərəcəli bərpaçı-rəssamları Sofya Martyanova və Yuliya Xrebtova tərəfindən həyata keçirilir.
Bu müddət ərzində “Azərbaycanın mədəni sərvəti” layihəsi çərçivəsində artıq Almaniya, Qırğızıstan və Qazaxıstandan dəvət olunmuş mütəxəsisslər tərəfindən parça, tikmə və milli geyimlərin bərpası üzrə mühazirələr və ustad dərsləri keçirilib
Onuda qeyd edək ki, “Azərbaycanın mədəni sərvəti” layihəsi çərçivəsində parça, tikmə və milli geyimlərin bərpası üzrə mühazirələr və ustad dərsləri dekabrın 2-də başa çatacaq. Frame.az15171233_1510290072320479_6419354357143491513_n 15094354_1510290162320470_2438728041750716547_n 15109634_1510288202320666_7840083539001362496_n 15192710_1510288115654008_8840117735942668661_n 15171045_1510288112320675_8936350102277708190_n

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!