Azərbaycanda “Kaspersky Lab”ın həlləri ilə müdafiə olunan 70 mindən çox istifadəçi ilin əvvəlindən müxtəlif zərərli proqram təminatları tərəfindən hücuma məruz qalıb. Bu barədə “Kaspersky Lab” şirkətinin Azərbaycanda rəsmi təmsilçisi Müşviq Məmmədov bildirib.
Bu ilin may ayında Azərbaycanda istifadəçilərin 22%-i zərərli proqram təminatları tərəfindən internetdən hücuma məruz qalıb, 28%-i isə bu cür təhlükələrlə, məsələn, fleş-kart istifadəsi zamanı qarşılaşıb.
Məmmədov qeyd edib ki, ümumiyyətlə, 2018-ci ildə kibertəhdidlər landşaftı ciddi dəyişməyib. Ötən il bütün dünyanı sarsıdan fırıldaqçı proqramların kütləvi hücumları hazırda azalmaq üzrədir. “Kaspersky Lab”ın proqnozlarına əsasən, 2018-ci ildə əsas məqsədi maynerlərin quraşdırılması olacaq hücumların sayı artacaq. Əgər fırıldaqçı proqramlar potensial olaraq böyük, lakin birdəfəlik gəlir əldə etməyə imkan yaradırsa, maynerlər daha kiçikhəcmli, lakin davamlı gəlirlərlə təmin edir və bu da cinayətkarlar üçün cəlbedici ola bilər. Çox güman ki, korporativ istifadəçilər fırıldaqçı proqramların hücumlarını müəyyən edə biləcəklər. Təəssüf ki, 2017-ci il təhlükəsizlik üzrə ekspertlərə və kibercinayətkarlara aydın olaraq texnoloji və korporativ şəbəkələr bu cür hücumlara həssas ola biləcəyini nümayiş etdirdi, onlardan gələn zərər isə yüz minlərlə dollar həcmində dəyərləndirilir. Bundan başqa, hədələyici proqramlar məqsədli hücumlar üçün himayəedici rolu oynaya bilər.
«”Kaspersky Lab” texnologiyalarının köməyi ilə sözügedən geniş yayılmış təhlükəyə qarşı çoxdərəcəli müdafiə təmin olunur. Biz kriptohədələyicilərdən qorunmaq üçün pulsuz alət təklif edirik ki, bu aləti artıq quraşdırılmış qoruyucu həlldən asılı olmayaraq istənilən şəxsyükləyib, istifadə edə bilər. Şirkətin məhsulları daha bir qorunma səviyyəsini daxil edir – faylların şifrlənməsi və monitora çıxışın bloklanması kimi zərərli dəyişiklikləri blok etməyi bacaran “Fəallığının monitorinqi” modulu. “Kaspersky Lab” əvvəldən kriptohədələyicilər ilə bağlı vəziyyəti izləyirdi və sahədə bu təhlükə haqqında məlumatlandırılma səviyyəsini artırmaq məqsədilə onlar haqqında daim yenilənən məlumatlı bölüşməyə başlayan ilk şirkətlərdən biri idi», – deyə Müşviq Məmmədov bildirib.
Xatırladaq ki, 2016-cı ilin iyulun 25-də “Kaspersky Lab”, Niderland Milli Polisi, Avropa Polis Agentliyi və “McAfee”nin birgə təşəbbüsü ilə “No More Ransom” layihəsinə start verilib. Bu, dövlət və özəl qurumların kibercinayətkarlığa qarşı mübarizədə əməkdaşlığın, həmçinin, hücuma məruz qalanlara yardımın göstərilməsinin (bilik və təcrübə, məsləhət və şifrə açan alətləri ilə) bariz nümunəsidir. Hazırda layihə 26 dildə mövcuddur, layihədə 120-dən çox tərəfdaş iştirak edir. Portalda 80-dən artıq şifrə açan yerləşdirilib. İlk fəaliyyət ilində 28 mindən çox avadanlıq blokdan çıxarılıb ki, bunun nəticəsində kibercinayətkarlar təxminin 9,5 mln ABŞ dollarından məhrum olublar.
Frame.az