Site icon Frame.az

Azərbaycanda ilk dəfə olaraq “bootcamp” keçirilib

Sentyabrın 23-də Fitmomazerbaijan-ın təsisçisi Gulya Əliyeva “Qadın Gücdür” adlı layihəsinin tərkib hissəsi olaraq Azərbaycanda ilk dəfə “bootcamp”-ı həyata keçirib.

Qeyd edək ki, “Qadın Gücdür” adlı layihə xanımlar üçün nəzərdə tutulan fitness marafonunun əsas layihəsidir. Layihə çərçivəsində onlarla xanım fitness marafonuna qoşularaq birlikdə sağlam yolla arıqlayaraq arzu etdikləri bədən ölçülərinə sahib olacaqlar.

Marafonun ilk bootcamp-ı iştirakçı xanımlar tərəfindən böyük maraqla qarşğlanıb. Onlar bir araya gələrək Gulya xanımın təlimlərinə əsasən birlikdə idman etmiş, marafonla bağlı xoş təəsüratlarını bölüşmüşlər.

Bootcamp-a bir söra tanınmış bloggerlər də qatılmışdır.

Fitnes Marafonu 14 günlük xüsusi proqramdır. Bu proqram vasitəsilə nəinki Azərbaycandan, hətta müxtəlif ölkələrdən də xanımlar istifadə edərək birlikdə istədikləri sağlam nəticələri əldə edirlər.

İlk marafonun bağlanış mərasimi Sentyabrın 30-da keçiriləcək.

Layihə rəhbəri Gulya xanım ən aktiv marafon iştirakçısını mükafatlandıracaq.

Layihənin informasiya dəstəyi Frame.az

EPCA

 

Exit mobile version