IqtisadiyyatTurizmTəqdimat

Azərbaycanda ilk dəfə sualtı kabellərin istehsalına başlanılıb

STP transformasiya və təkmilləşdirmə prosesini uğurla davam etdirir. Şirkətlər qrupuna daxil olan STP Global Cable şirkətinin apardığı araşdırmalar nəticəsində yeni məhsullara ehtiyac olduğuna qərar verilmişdir. Bununla bağlı olaraq, Azərbaycanda ilk dəfə sualtı hövzələrdə istifadə edilən kabellərin istehsalına başlayıb. Müəssisənin Kabel istehsal sahəsində ilkin olaraq, 6kV 3x95mm2 növdə kabel istehsal ediləcək.

Qeyd edək ki, illik istehsal gücü 120 min ton təşkil edən müəssisədə məişət və sənayedə müxtəlif məqsədlər üçün istifadə olunan ümumilikdə 28 min çeşiddən artıq kabel və naqil istehsal etmək mümkündür. Müəssisə ölkəmizdə 110 kV-luq və fiber optik kabellərin yeganə istehsalçısıdır. Hazırda müəssisədə mis və alüminium elektrotexniki çubuqlarının, 6÷500 kV-a qədər orta, yüksək və ifrat yüksək gərginlikli güc kabellərinin, alçaq gərginlikli kabellərin, hava xətləri üçün naqillərin, həmçinin telefon və LAN kabellərinin istehsalı üzrə təxminən 70 istehsal xətti fəaliyyət göstərir.

Bundan başqa məlumat üçün bildiririk ki, müəssisədə istehsal olunan məhsullar (əsasən 35 kV-a qədər ötürücü kabellər və hava xətləri üçün naqillər) işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərində geniş istifadə edilir.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!