4 noyabr tarixində start veriləcək yeni layihəyə uyğun olaraq tələbələr xaricdə təhsil almış peşəkar müəllimlərdən xarici dillər öyrənməklə bərabər artıq asudə vaxtlarında LANGUAGE CAFE (Dil Kafesi)-dən də istifadə edə biləcəklər.
Eyni zamanda gənclərimizin xarici ölkələrdə təqaüdlə təhsil arzularını reallaşdıran Mərkəzdə mütəmadi olaraq seminarlar, tehsil sərgiləri və treninqlərin də keçirilməsi nəzərdə tutulur.
Dünya universitetləri ilə yaxından əməkdaşlıq olunaraq xarici mütəxəssisləri ölkəmizə dəvət edən World Language Center, gənclərin xarici dilləri qısa zamanda öyrənə bilmələri üçün geniş xarici dil kitablarından ibarət kitabxana da yaratmışdır.
Yaxın gələcəkdə artıq Mərkəzin öz nəşriyyat evi də tam gücü ilə ölkə gənclərinin xidmətində olacaqdır. Mərkəzin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, Azərbaycanda ilk dəfə çox funksiyalı bir təhsil ekosistemi olacaq Mərkəz həm mədəniyyət mərkəzi, xarici dil kafesi, xarici dil kursları, rəsmi imtahan məkanı, xaricdə təhsil mərkəzi və nəşriyyat evi kimi gənclərin xidmətində olacaqdır.
Ülviyyə Ədalətqızı
Frame.az