Azərbaycan Respublikasında koronavirus infeksiyasından 256 nəfər müalicə olunaraq sağalıb, 933 yeni yoluxma faktı qeydə alınıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 243 min 424 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 231 min 894 nəfər müalicə olunaraq sağalıb, 3314 nəfər vəfat edib. Aktiv xəstə sayı 8216 nəfərdir.
Ötən müddət ərzində 2 milyon 746 min 681 test aparılıb. Bugünkü test sayı isə 10188-dir.