SağlamlıqTəqdimat

Azərbaycanda koronavirus infeksiyasına daha 4219 yoluxma faktı qeydə alınıb, 3562 nəfər sağalıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 4219 yoluxma faktı qeydə alınıb, 3562 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Frame.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 38 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 162 min 774 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 99 min 892 nəfər müalicə olunaraq sağalıb, 1793 nəfər vəfat edib. Aktiv xəstə sayı 61089 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 902 min 584 test aparılıb. Bugünkü test sayı isə 18006-dır.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!