Qəbələ şəhəri hər il olduğu kimi bu il də klassik musiqi sevənləri qarşılamağa hazırlaşır. 29 İyul -03 Avqust tarixində Qəbələ konqress mərkəzində Qəbələ Musiqi Festivalı çərçivəsində bir çox ölkələrin kamera və klassik orkestrlarının çıxışı baş tutacaq.
6 gün davam edəcək musiqi bayramı çərçivəsində hər gün Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kamera orkestrı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestrı, İngiltərənin Femusa kamera orkestrı və digər qrupların çıxışları baş tutacaq.
Festival boyunca Respublikanın ən mühüm sənətkarları Fərhad Bədəlbəyli, Murad Adıgözəl-zadə, Azər Rzazadə, İsfar Sarabski və digərləri ilə yanaşı, Janna Qandelman (İsrail), Mixael Sladkin (ABŞ), Dmitriy Yablonski (ABŞ), Canluicci Sartori (İtaliya), Mojca Zlobko Vajgl (Sloveniya), Nomeda Kazlaus (Litva) və digər ölkələrin tanınmış musiqiçilərinin çıxışları klassik musiqi sevənlər üçün əsl bayram təntənəsi yaşadacaq.
Dünyaca məşhur musiqiçilər Fərhad Bədəlbəyli və Dmitriy Yablonskinin bədii rəhbərliyi ilə hazırlanmış musiqi proqramı bütün musiqi sevərlərin könlünü oxşayacaq. Festivalın həyata keçməsinə birbaşa dəstəyi Mədəniyyət və Turizm Nazirliyi, Heydər Əliyev Fondu, Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kamera orkestrı və Gilan Holding göstərir. Festivalın ümumi hissəsi Heydər Əliyev adına Qəbələ Konqress Mərkəzində, açıq səma altında keçirələcəkdir və Qafqaz Dağlarına açılan ən gözəl mənzərə ilə açıq səma altında konsert proqramı musiqi bayramına daha da rəngarənglik qatacaqdır. Qeyd edək ki bu ilki festival sayca 9-cu dur.
Frame.az