Site icon Frame.az

Azərbaycanda telefon fırıldaqçılığı halları artıb

051 prefiksi ilə başlayan nömrələrdən nömrənizin balansınıza köçürmə edildiyini bildirən SMS mesajları gəlir, bundan dərhal sonra həmin vəsaiti balansa köçürən nömrə istifadəçiyə zəng edir və pulun səhvən göndərildiyini, geri qaytarılmalı olduğunu bildirir. İstifadəçiyə bank kart nömrəsi göndərilir və bu tələyə düşənlər həmin karta köçürmə edirlər.

Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov qeyd edir:

“Bu cür vəziyyətlərdə sayıqlığı əldən verməmək lazımdır və əgər şübhəniz varsa, təkrarən yoxlamalısınız. Üstəlik, müasir texnologiyalar balansınıza məbləğ yüklənən zaman sizə bildirişlər almağa imkan verir. Bütün mobil operatorların mobil tətbiqi var, həmçinin zəng edib birbaşa operatorlardan da öyrənə bilərsiniz ki, fırıldaqçıların qurbanı olmayasınız”.

Telefon fırıldaqçılığından qorunmaq üçün Kaspersky mütəxəssisləri tövsiyə edir:

Exit mobile version