Site icon Frame.az

Azərbaycanın sahibkar və menecerləri Almaniyada ixtisasartırma kursu keçir

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) birgə təşkilatçılığı ilə azərbaycanlı sahibkar və menecerlərin Almaniyada növbəti ixtisasartırma kursuna başlanılıb.

KOBİA-dan bildirilib ki, “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində ölkəmizdə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 18 sahibkar və menecer Almaniyanın Münxen və Yuxarı Bavariya üçün Ticarət və Sənaye Palatası Tədris Mərkəzində təlimlərdə, müvafiq müəssisələrdə istehsalat təcrübəsində iştirak edir, ixtisaslaşmış şirkətlərdə işgüzar görüşlər keçirirlər. Sahibkar və menecerlər arasında turizm, şəkər çuğunduru istehsalı, məişət tullantılarının təkrar emalı və satışı, logistika, mebel istehsalı, tikinti sahələrində fəaliyyət göstərən sahibkar və menecerlər üstünlük təşkil edir.

İndiyədək proqram çərçivəsində ümumilikdə 440 sahibkar və menecer Almaniyada ixtisasartırma kursu keçib.

Eyni zamanda, iyun-iyul aylarında Almaniyada ixtisasartırma kursu keçəcək növbəti qrupun müəyyənləşdirilməsi üçün GIZ-in mütəxəssisləri tərəfindən KOBİA-da sahibkar və menecerlərlə müsahibələr aparılır.

Frame.az

Exit mobile version