Mobil dünyaTəqdimat

Azərbaycanın supermarketlər şəbəkəsi IT-infrastrukturunu “Microsoft Azure” platformasına köçürüb

SIP və “RAHAT Market” şirkətləri “RAHAT Market”in IT-infrastrukturunun “Microsoft” korporasiyasının “Azure” bulud platformasına köçürülməsi üzrəlayihəni uğurla başa vurublar. Bu layihə çərçivəsində lokal data mərkəzi (fayllar və məlumat bazası) və Bakı şəhərində 60 kiçik mağazaya xidmət göstərən “RAHAT Market” serverlərində əlavələr “Microsoft Azure” bulud platformasına tamamilə keçirilib.

Bütün mağazaların “Azure” ilə məlumat mübadiləsi üçün İnternet vasitəsilə birbaşa şifrlənmiş rabitə kanalları mövcuddur. İnternetlə birləşmə olmadığı halda kassa aparatları ayrıca işləyir və qoşulma zamanı satışları, yeni qiymətləri və digər dəyişiklikləri yükləyir. Mağazaların idarəsi üzrə əsas proqram (ERP) ilə işləmək üçün mağazanın əməkdaşları kompüterdən və ya istənilən mobil qurğudan “Microsoft Azure” platformasının terminal serverinə qoşulurlar. Baş ofis həmçinin “Microsoft Azure” platformasına qoşulub və məlumatları data mərkəzində idarə edə bilir.

Hazırlıq işləri təxminən bir ay çəkib və bundan sonra bütün mağazalar bir gün ərzində “Microsoft Azure” platformasına qoşulub.Layihənin həyata keçirilməsi “RAHAT Market” üçün aşağıdakı imkanları yaradıb:

Maliyyə vəsaitinə qənaət:

bahalı server otağını və avadanlığı şirkətin baş ofisindəsaxlamamaq,

hesablama imkanlarının artırılması üçün server avadanlığını köhnə avadanlığınəvəzindəalmamaq,

köçürülmə zamanı server avadanlığınıdaşımamaq,

sisteminin dəstəklənməsinə daha az vaxt sərf etmək,

xərclərin uçotunu aparmaq: “Microsoft Azure” platformasında hər bir resursun istifadəsi haqqında bütün məlumatlar şəffafdır və asanlıqla əldə oluna bilər.

Sistemin etibarlılığını və təhlükəsizliyini artırmaq:

tez və sürətli arxivləşdirmə sayəsində məlumat itkisindənmüdafiə,

server otağında internetdən müstəqil fəaliyyət,

heyətin bütün hərəkətlərininloqlaşdırmasıvasitəsilə məlumat və tənzimləmə üzrə nəzarət,

“Microsoft Azure” platformasının müdafiəsi sayəsindəkiberhücumlardanmüdafiə.

Virtual server resurslarının artırılması hesabına informasiyanın emal edilməsinin və hesabatlargenerasiyasınınsürətini artırmaq.

Öz əməkdaşlarına İnternet vasitəsilə mağazanın idarəetmə sistemi ilə istənilən nöqtədən təhlükəsiz işləmək imkanını vermək.

Qərarın qəbul edilməsində əsas amil dəyər idi. “Microsoft Azure” platformasına keçid onu göstərdi ki, “RAHAT Market” nəinki öz IT-infrastruktur xərclərini azalda bildi, həmçinin daha sürətli və etibarlı işləyən sistem əldə etdi.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!