Site icon Frame.az

Azərbaycanın U-17 komandası almaniyalı həmyaşıdları ilə qarşılaşacaq

On yeddi yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində yığmamız bu gün ikinci oyununu keçirəcək.

Frame.az AFFA-ya istinadla xəbər verir ki, futbolçularımız Yunanıstanın Patra şəhərindəki Pampeloponnisiako stadionunda Almaniya yığması ilə qarşılaşacaqlar. Bakı vaxtı ilə saat 16:00-da başlayacaq görüşü ukraynalı baş hakim Denis Şurman idarə edəcək. Ona Viktor Matyaş (Ukrayna) və Konstantinos Triantafyllou (Yunanıstan) kömək edəcəklər. Dördüncü hakim funksiyasını yunanıstanlı Stefanos Koymparakis yerinə yetirəcək.

Millimiz ilk oyununda Yunanıstan yığmasına 1:6 hesabı ilə məğlub olub.

Exit mobile version