EventsPR-TanıtımTəqdimat

Azərbaycanın və Qafqazın ilk modern mühərrik və sənaye yağları istehsalçısı olan Technol-un açılış mərasimi keçirilib

28 Yanvar 2017-ci il tarixində Azərbaycanın və eyni zamanda Qafqazın ilk modern mühərrik və sənaye yağları istehsalçısı olan Technol-un açılış mərasimi keçirilib.

Açılış tədbirində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin rəsmiləri, bir çox yerli və beynəlxalq şirkətlərin nümayəndələri, həmçinin ölkənin aparıcı media nümayəndələri iştirak edib.

Açılış mərasimində çıxış edən Technol-un İcraçı Direktoru Murad Rəfiyev zavod haqqında məlumat verərək bildirib ki, 1.3 hektar ərazidə yerləşən zavod 6 əsas hissədən ibraətdir. Bura ən son texnoloji avadanlıqlarla təhciz olunmuş labaratoriya, əsas və köməkçi istehsal bölməsi, xammal və hazır məhsul anbarı və ofis binası daxildir: “Technol hazırda 60-dan çox çeşiddə məhsul istehsal edir ki, bura 20 çeşiddə minik və yük avtomobilləri üçün mühərrik yağları, 5 çeşiddə avtomat və müxanik ötürücü qutular üçün transmisiya yağları, 4 çeşiddə motosiklet yağı, 29 çeşiddə sənaye dəzgahları üçün yağlar, antifrizlərlər daxildir”

Rəfiyev qeyd edib ki, Technol istehlakçılara yüksək keyfiyyətli məhsullar təqdim etmək üçün dünyanın aparıcı kimya şirkətləri və xammal təhcizatçıları ilə əməkdaşlıq edir: “Biz bu günə qədər dünyanın bir çox tanınmış şirkəti ilə əməkdaşlıq etmişik ki, bura İnfineum, Lubrizol, ADCO, Chevron, Afton, Linkor, Himbalt kimi şirkətlər daxildir. Həmçinin qeyd edim ki,Technol mühərrik yağlarının istehsalında istifadə olunan xammala avropanın aparıcı avtomobil mühərriki istehsalçıları olan FORD, PEUGEOT CITROEN, VOLKSWAGEN, BMW, Mercedes Benz, PORSCHE, OPEL, RENAULT, GENERAL MOTORS, Volvo, İVECO, Man, və s şirkətlər təsdiq verib”.

Tədbirdə çıxış edənİqtisadiyyat Nazirliyi sənaye şöbəsinin müdiri Abdullayev Murad deyib ki, bu gün biz dövlət tərəfindən göstərilən qayğının nəticəsini Technol-un timsalında görürük:

“Bu gün artıq Azərbaycanda daha bir istehsal sahəsi açılıb və bazara yeni məhsul istehsal edən müəssisə daxil olub. Yeni iş yerləri açılıb və məşğulluq təmin edilib. Bu sevindirici haldır”.

Nazirliyin rəsmisi vurğulayıb ki, “Technol” şirkəti Azərbaycan prezidentinin sərəncamı ilə yaradılmış “İnvestisiyanın Təşviqi Sənəd”indən yararlanıb:

“”İnvestisiyanın Təşviqi Sənəd”ini əldə etmiş şirkət ölkəyə idxal etdikləri avadanlıqlar üçün ƏDV və gömrük rüsumlarından azad edilir.

Sözsüz ki, bu güzəştlərdən yararlanmaq artıq rəqabətqabiliyyətli yeni məhsulların istehsalına şərait yaradacaq. Bununla da, onların istehsal etdikləri məhsullar həm daxili, həm də xarici bazarda inamla realizə olunacaq”, – deyə nazirliyin rəsmisi sözlərinə əlavə edib.

Tədbirdə çıxış edən şirkətin rəsmi siması DJ Tural Yusifov isə çıxışında qeyd edib ki, özü tezliklə ictimaiyyətə açıq şəkildə məsulun testini edəcək və video hər kəsə açıq yayımlanacaq: “Bundan başqa biz müəssisədə olub yağın istehsal prosesini əks etdirən videomateriallar da hazırlayacağıq ki, istehlakçılar hər şeyi şəffaf şəkildə müşahidə edə bilsinlər” Frame.az http://technol.az/ Technol

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!