Azərbaycanlı FIFA referisi Əliyar Ağayev UEFA tərəfindən yeni təyinat alıb.
Frame.az xəbər verir ki, Ə.Ağayev UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Styaua” (Rumıniya) – “Viktoriya” (Çexiya) oyununu idarə edəcək. Ona Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.
“Styaua”–“Viktoriya” oyunu iyulun 25-də Rumıniyada keçiriləcək.