Azərbaycanlı fotoqraf Fərqanə Qasımlı Avropa Fotoqrafları Federasiyasının (FEP) “İlin Professional Fotoqrafı 2021” müsabiqəsində mükafata layiq görülüb.
Frame.az xəbər verir ki, FEP-in “İlin Professional Fotoqrafı 2021” müsabiqəsinin yekun nəticələri elan olunub. Müsabiqəyə 25 fərqli ölkədən qatılan fotoqraflar arasında idman kateqoriyası üzrə azərbaycanlı fotoqraf Fərqanə Qasımlı Top-10 finalisti olaraq “Distinction” və “Merit” mükafatlarına layiq görülüb. Qeyd edək ki, 2018-ci ildə Fərqanə Qasımlı FEP-dən “Avropa Fotoqrafı” (EP) kvalifikasiyasını qazanmışdır.
“FEP Awards” komandasının verdiyi məlumata görə, builki müsabiqə göndərilən səkillərin çoxluğu baxımından ən böyük müsabiqə olub: “25 fərqli ölkədən 300-dən çox fotoqrafdan 2600-dən çox səkil aldıq. 29 beynəlxalq hakimdən ibarət bir komanda və yarışın sədri Johan Brouvers ilə birlikdə bu fotoşəkillərin arasından ən yaxşısını seçmək üçün çox çalışdıq. Bütün qalibləri təbrik edirik”.