EventsTəqdimatƏn SonƏn Son

“Azərpoçt”la Türkiyə Dövlət Poçt və Teleqraf Təşkilatının rəhbərləri müzakirələr aparıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC-nin Baş direktoru Əfqan Cəlilovla Türkiyə Dövlət Poçt və Teleqraf Təşkilatının (PTT) rəhbəri Hakan Gülten arasında onlayn görüş keçirilib.

Nazirlikdən Frame.az-a bildirilib ki, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində ötən ilin mart ayından bir sıra ölkələr arasında hava nəqliyyatı əlaqələri məhdudlaşdırılıb. Bu çətin dövrdə belə “Azərpoçt” və PTT qarşılıqlı əməkdaşlığı dayandırmayıb. Əksinə, aparılan danışıqlar nəticəsində poçt mübadiləsi həyata keçirilib və işlər bu gün də uğurla davam etdirilir.

Görüşdə iki qurum arasında poçt və maliyyə sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Mal tərkibli beynəlxalq poçt göndərişlərinin qarşılıqlı mübadiləsi və pul köçürmə sistemi üzrə görülən işlərin əhəmiyyəti vurğulanıb.

“Azərpoçt” MMC və PTT rəhbərlərinin görüşündə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!