EventsTəqdimat

Azadlığın 50 çaları Bakıda nümayiş olundu

Park Cinema kinoteatrlar şəbəkəsi və ADDIM Gənclər Təşkilatı artıq 3 ildən çox davam edən Cinemaya Addımla layihəsi çərçivəsində növbəti film nümayişi baş tutub.  Kinoteatrlarda film izləmə ənənəsi və mədəniyyətinin təbliği məqsədi ilə həyata keçirilən “ParkCinemaya ADDIM-la” adlı layihəsinin yeni ildə ilk qonağı teleaparıcı Afaq Gəncəli olub.
Layihə çərçivəsində aparıcı gənclərlə bərabər rejissor Ceyms Foulinin  qalmaqallı ” Azadlığın əlli çaları” filminə baxıblar. Nümayişdə media nümayəndələri, Addım Gənclər təşkilatının üzvləri iştirak ediblər.
Tədbirin əvvəlində ParkCinema nümayəndəsi Lalə Ələkbərova, ADDIM Gənclər Təşkilatının yaradıcısı Hüseyn Cavadzadə və Afaq Gəncəli çıxış edərək qonaqları salamlayıblar. Filmin dünya premierasından 1 gün öncə nümayiş olunduğu qeyd olunub. teleaparıcı Afaq Gəncəli ” Çoxdandı gənclərlə birlikdə film izləmədiyini və bunu  onun üçün xüsusi maraqlı olduöunu qeyd edib”

Filmdə Dakota Jhonson, Jamie Dornan, Eric Jhonson, Kim Bessinger, Max Martini və başqa məhşur ulduzlar rol alıblar. Filmin 3-cü hissəsi qəhrəmanların evlilikdən sonrakı hıyaından bəhs edir.

Qeyd edək ki, Park Cinema – Azərbaycanda müasir çoxzallı kinoteatrların ən iri milli şəbəkəsidir. Hazırda şəbəkəyə Park Bulvar, Metro Park, Zagulba Mall ticarət və əyləncə mərkəzlərində, ölkədə yeganə IMAX formatlı nümayişlərin təqdim olunduğu Flame Towers, həmçinin Masallı, Quba və Mingəçevir kimi regionlarda yerləşən kinoteatrlar və Amburan Beach Club-da yerləşən yay kinoteatrı daxildir.»

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!