AirnewsSəyahətTurizm

AZAL Cenevrəyə reysləri bərpa edir

Bu ilin oktyabrın 30-dan etibarən “Azərbaycan Hava Yolları” (AZAL) Bakı-Cenevrə-Bakı marşrutu üzrə uçuşlara başlayır.

AZAL-ın reysləri baqajın və əl yükünün pulsuz daşınması və bort qidalanmanın da daxil olduğu klassik daşıma sxemi üzrə birgə çarter proqramı çərçivəsində yerinə yetiriləcək.

AZAL-ın J2-5009/J2-5010 reysləri həftədə iki dəfə – çərşənbə axşamı və cümə günləri üç xidmət sinfi – VIP Club, Business Class vəekonom sinfində təkmilləşdirilmiş komfortlu oturacaqlara malik“Airbus A319” təyyarələri ilə yerinə yetiriləcək.

Uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportunun Terminal 1-dən həyata keçiriləcək.

Cenevrə böyüklüyünə və əhalisinin sayına görə İsveçrənin ikinci şəhəridir. Şəhər Yura və Alp dağları arasında yerləşir və eyniadlı kantonun inzibati mərkəzidir. Şəhərin incisi onun gözəl sahilə malik olan və ətrafında dəbdəbəli otellər yerləşən Leman gölüdür. Bu gün dünyanın maliyyə, siyasi və elm mərkəzi olan Cenevrə həmçinin İsveçrə və Fransanın dağ-xizək kurortlarına səyahət üçün yola düşmə məntəqəsidir.

Aviabiletləri AZAL-ın kassalarında, rəsmi agentliklərində və şirkətin www.azal.az saytında bronlaşdırmaq və əldə etmək mümkündür.

Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz:

(+99412) 598-88-80 (Azərbaycandan zənglər üçün qısa nömrə: *8880)

E-mail: callcenter@azal.az

WhatsApp: (+99450) 437-40-82 (yalnız yazılı müraciətlər, bu nömrə zəngləri qəbul etmir)

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!