Site icon Frame.az

AZAL martın 25-nə keçən gecə Moskva və Londondan 151 nəfər Azərbaycan vətəndaşını vətənə qaytarıb

“Azərbaycan Hava Yolları” aviaşirkəti bəzi şəhərlərdən reyslər yerinə yetirməyə davam edir.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən  bildiriblər ki, martın 25-nə keçən gecə AZAL Moskva və Londondan iki reys yerinə yetirərək 151 nəfər Azərbaycan vətəndaşını vətənə qaytarıb.

Qeyd edək ki, ölkəyə qayıdan hər bir vətəndaş tibbi müayinədən keçir və karantinə yerləşdirilir. Vətəndaşların ölkəyə qayıtması tarixləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın apardığı hazırlıq işlərinə uyğun olaraq təyin edilir.

Frame.az

Exit mobile version