Site icon Frame.az

AZAL Pekin istiqamətində uçuşlara başladı

Azərbaycanın milli aviadaşıyıcısı AZAL Bakı-Pekin istiqamətində birbaşa reysini uğurla həyata keçirib. AZAL-ın təyyarəsi dekabrın 19-da Bakı vaxtı ilə saat 19:40-da Bakıdan Çinin paytaxtına doğru havaya qalxıb və dekabrın 20-də yerli vaxtla saat 06:50-də Pekində eniş edib.

Reysin təntənəli qarşılanma mərasimində aviaşirkətin nümayəndələri, Azərbaycanın və Çinin diplomatları və qonaqları, o cümlədən Azərbaycanın Çindəki fövqəladə və səlahiyyətli səfiri Bünyad Hüseynov iştirak ediblər.

Tədbirdə bu marşrutun iki ölkə arasındakı iqtisadi, siyasi, mədəni və turizm əlaqələrinin inkişafında əhəmiyyəti vurğulanıb.

Bakı-Pekin-Bakı marşrutu üzrə uçuşlar həftədə iki dəfə çərşənbə axşamı və bazar günləri yerinə yetiriləcək. Aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytından, mobil tətbiqindən, AZAL-ın kassalarından və ya akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.

 

Exit mobile version