AirnewsIqtisadiyyatSəyahətTurizmTəqdimat

AZAL rəsmi saytın yenilənmiş versiyasını təqdim edib

“Azərbaycan Hava Yolları” QSC (AZAL) “www.azal.az” rəsmi saytının yenilənmiş versiyasını istifadəyə verib.

AZAL-dan Frame.az-a bildirilib ki, yeni saytın naviqasiyası istifadə sadəliyi, funksionallığı ilə fərqlənir, bütün sayt ziyarətçilərinə və sərnişinlərə lazım olan məlumatların axtarışına sərf edilən vaxtın azaldılmasına imkan verir. Sayt, həmçinin daha rahat interfeys və müasir dizayn ilə tərtib edilib.

Aviabiletlərin əldə edilməsinin bütün prosedurları tam optimallaşdırılıb. Yeni sayt maksimal dərəcədə sürətli və səmərəli alətə çevrilib, onun sayəsində sərnişinlər təxsisetməni idarə edə və onlayn qeydiyyatdan (reysin uçuşundan 24 saat əvvəl açılır) keçə bilərlər.

Burada, həmçinin daşıma qaydaları, COVID-19 pandemiyası dövründə aviaşirkətin reyslər yerinə yetirdiyi ölkələrə giriş qaydaları haqqında aktual məlumatlar yerləşdirilib.

“Azərbaycan Hava Yolları” aviaşirkətinin saytında aviaşirkətə tez-tez verilən suallara cavablar ilə məlumat bölməsi də təqdim edilib.

“Azərbaycan Hava Yolları”nın sosial şəbəkələrdəki rəsmi səhifələrində xəbərləri və yenilikləri izləyə bilərsiniz: facebook.com/AzerbaijanAirlines, instagram.com/azerbaijanairlines, t.me/azerbaijanairlines, twitter.com/AzalOfficial.

 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!