AirnewsSəyahətTəqdimat

AZAL və “Buta Airways”in sərnişinləri Ramazan bayramında pulsuz baqaj yeri əldə edəcək

Ramazan bayramında AZAL və “Buta Airways” aviaşirkətlərinin 15 və 16 iyun 2018-ci il tarixində yerinə yetiriləcək bütün reyslərinin sərnişinlərəbir ədədqeydiyyatdan keçən baqaj yeri pulsuz təqdim olunacaq.

Beləliklə, “Azərbaycan Hava Yolları”nın reyslərində sərnişinlər aviabiletin tarifindən asılı olaraq əldə edəcəklər:

Ekonom-siniftarifə daxil olan 23 kq-a qədər bir baqaj yeri +23 kq-a qədər bonus;

Biznes siniftarifə daxil olan hər biri 32 kq-a qədər iki baqaj yeri +23 kq-a qədər bonus;

ComfortClubtarifə daxil olan hər biri 32 kq-a qədər iki baqaj yeri +23 kq-a qədər bonus;

VIPClubtarifə daxil olanhər biri 32 kq-a qədər üç baqaj yeri +23 kq-a qədər bonus.

AZAL aviaşirkətinin qaydalarına əsasən, üç ölçünün cəmi üzrə baqajın qabaritləri 158 sm-dən çox olmamalıdır.

Milli loukoster “Buta Airways”in reyslərindəsərnişinlər aviabiletin tarifindən asılı olaraq əldə edəcəklər:

“Büdcə” tarifi – 23 kq-a qədər bir yer bonus pulsuz baqaj;

“Standart”tarifi tarifə daxil olan 10 kq-a qədər bir baqaj yeri +23 kq-a qədər bonus

“Super”tarifi tarifə daxil olan 23 kq-a qədər bir baqaj yeri +23 kq-a qədər bonus.

“Buta Airways” aviaşirkətinin qaydalarına da əsasən, üç ölçünün cəmi üzrə baqajın qabaritləri 158 sm-dən çox olmamalıdır.

Baqajın daşınması qaydaları haqqında əlavə məlumatı AZALhttps://www.azal.az/az/information/baggage və “Buta Airways” aviaşirkətlərinin https://www.butaairways.az/az/information/baggage saytlarında əldə etmək olar.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!