Baku City CircuitFormula 1IdmanTəqdimat

Azarkeşlərin istəyi ilə Formula 1 Azərbaycan Qran Prisinə konsertlər üçün yeni biletlər satışa çıxarılıb

Bilet satışı üzrə rekordları qırmış 2023 Formula 1 Azərbaycan Qran Prisinə azarkeşlərin böyük marağı nəticəsində bütün tribuna biletləri tamamilə satılıb. 

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) sürət həvəskarlarının marağını və istəyini nəzərə alaraq  yarış çərçivəsində baş tutacaq dünya ulduzları – niderlandlı sənətçilər DJ Don Diablo və DJ Hardwell konsertlərinə əlavə məhdud sayda ayaqüstü biletlərin satışa çıxarıldığını elan edir. 

DJ Don Diablo 28 aprel cümə günü, DJ Hardwell isə 29 aprel şənbə günü Dənizkənarı Bulvar ərazisində yerləşən səhnədə Formula 1 həftəsonunun açılışını edərək öz yüksək templi canlı şousunu sərgiləyəcək.

Biletlərin qiyməti 150 AZN təşkil edir. Qeyd edək ki, bilet sahibləri həm də fan zonaya giriş əldə edə biləcəklər.

Bənzərsiz yarış həyəcanının yaşamaq istəyənlər biletləri Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) rəsmi veb səhifəsindən (www.bakucitycircuit.com) və ya şəhərimizin aşağıdakı satış nöqtələrindən əldə edə bilərlər: 

28 Mall

Gənclik Mall

Heydər Əliyev Sarayı

Kiosk 1 (Azərbaycan kinoteatrı)

Kiosk 2 (Nizami küçəsi)

ASAN 1

ASAN 2

ASAN 3

ASAN 4

ASAN Sumqayıt

 

Əlavə məlumat və suallar üçün *6003 çağrı mərkəzi fəaliyyət göstərir.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!