EventsFashionFestivallarFrame LifeMədəniyyət

Azerbaijan Fashion Week 11-ci mövsüm: “The return” (Qayıdış)

Dəb qayıdır! 2 və 3 dekabr tarixlərində, Hilton Baku otelində iki il fasilədən sonra Azerbaijan Fashion Week – Azərbaycan Moda həftəsinin mövsüm nümayişi keçirilir.

2019-cu ilin noyabrında Bakıda Azerbaijan Fashion Week 10-cu (yubiley) mövsümünü keçirilib. O vaxtdan həm dünya, həm də ölkə iki çətin və mühüm il yaşayıb. Bu iki ildə böyük dəyişikliklər, ağır itkilər olub və çoxdan gözlənilən qələbə qazanılıb. Onların ən əhəmiyyətlisi – 2020-ci ildə Azərbaycanın Vətən Müharibəsində zəfəri, Qarabağa qayıdışıdır.

Baş verən qlobal və lokal hadisələr bütövlükdə fashion sənayesinə, xüsusilə Azərbaycandakı moda proseslərinə təsir etməyə bilməzdi, axı dəb – dövrün və cəmiyyin inkişafını əks etdirən dürüst güzgüdür.

Mütəmadi keçirilən irimiqyaslı moda layihəsi Azerbaijan Fashion Week obyektiv səbəblərdən  iki il müddətinə işini dayandırdı, bunun da əsas səbəbi koronavirus pandemiyası – COVID-19 oldu. Bu gün dünyada və ölkədə koronavirusla mübarizənin yeni müstəviyə keçdiyi, ən əsası Azərbaycanın öz torpaqlarını geri qaytardığı zamanda yeni həyat başlayır, onunla birlikdə dəb də qayıdır. Buna görə də Azərbaycan Moda Həftəsinin builki şüarı əzəmət və qürurla səslənir: “Qayıdış/The return”. Yubiley nümayişinin rəmzi isə Qarabağ ərazisində bitən endemik gül – Xarı Bülbüldür.

Fakhriya Khalafova, Amelie, Nubi, Lora Atelier, Mario Russo, Nara Eyvazova, K.Fabuel, Libas, Giedi, Alex Chzhen (Qazaxıstan), Hanym (Qazaxıstan), Volskaya Atelier (Qazaxıstan) kimi Azərbaycanın, Qazaxıstanın moda evləri, dizaynerlər və digəriləri artıq Azərbaycanın Moda Həftəsində iştiraklarını təsdiqləyib.  Azərbaycan Moda Həftəsinin 11-ci mövsümünün dəb nümayişi 2-3 dekabrda Bakıda, Hilton Baku otelində keçiriləcək.

Azerbaijan Fashion Week haqqında:

2015-ci ilin mayında Azerbaijan Fashion Week ilk mövsüm nümayişini keçirdi və bununla ölkədə Dəb Həftələrinin əsasını qoydu. Bu genişmiqyaslı layihə ölkədə moda bazarının yaranmasının başlıca səbəbi  oldu, axı o dövrdə fəaliyyət göstərən modelyerlər pərakəndə çalışır, özlərini tanıtmaq, irəliləmək üçün xeyli səy göstərirdilər. Azerbaijan Fashion Week dəb sahəsində çalışan dizaynerlərin, bayerlərin, həm yerli, həm xarici  mətbuatın, həm də paytaxtın bütün moda pərəstişkarlarının  ayrı-ayrılıqda fəaliyyət cəhdlərini bir yerə cəmləyən platformaya çevrilib. Yarandığı gündən bəri, on mövsüm ərzində Azerbaijan Fashion Week ölkənin ən mühüm moda hadisəsi statusunu qoruyub saxlamaqdadır.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!