EventsFashionFestivallarMədəniyyətTəqdimat

Azerbaijan Fashion Week açılışında Gülnarə Xəlilovanın “Cizgi” kolleksiyası təqdim olunub

Ölkənin rəsmi moda həftəsinin 14-cü mövsümünün açılışında – Azerbaijan Fashion Week (Azerbaijan Moda Həftəsi) Daş Salnamə Muzeyində məşhur dizayner Gülnarə Xəlilovanın “Cizgi” kolleksiyası təqdim olunub.

Cizgi by Gulnara Khalilova defilesi böyük maraqla qarşılandı və tamaşaçıların alqışları ilə müşayiət olundu.

Gülnarə Xəlilova-Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Avrasiya Etnodizaynerlar Assosiasiyasının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktorudur. Kolleksiyaları ABŞ, Böyük Britaniya, İsveç, Avstriya, Rumıniya, Türkiyə, Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Bolqarıstan, Norveç, Serbiyada və digər ölkələrdə moda həftələrində və beynəlxalq tədbirlərdə uğurla nümayiş etdirilib.

Azərbaycan Moda Həftəsi həmişə olduğu kimi bu dəfə də moda dünyasının ən parlaq yerli və xarici adları ictimaiyyətə təqdim olunacaq. 14-cü mövsüm çərçivəsində gənc dizaynerlər arasında müsabiqə keçiriləcəyi də gözlənilir. Nümayişlər isə əsas mövzu üzərində qurularaq böyük bir maraqa səbəb salacaq.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!