EventsFashionTəqdimat

“Azerbaijan kids best model 2022” müsabiqəsi keçirilib

CASPIAN BUSINESS otelində ” Star Kids Group” şirkətinin təşkilatçılığı ilə  “AZERBAIJAN KIDS BEST MODEL 2022” yarışması keçirildi. Müsabiqədə 4-14 yaş arasında uşaqlar iştirak etdilər. AZERBAIJAN KIDS BEST MODEL 2022 adlı uşaq moda yarışmasında 97 model iştirak etdi. Modellərin 46 qız, 51 oğlan idi. Tədbirdə Azərbaycanın məhşur simaları modelyer-dizaynerlər, xalq artistləri və əməkdar artistlər iştirak etdilər. Münsiflər  heyətinin sədri ənənəvi olaraq tanınmış  modelyer-dizayner Fəxriyyə Xələfova oldu.

“Məqsədimiz Azərbaycanda xüsusi istedada malik olan uşaqların və gənclərin yaradıcılıq potensialını inkişaf etdirməklə yanaşı onları ilk öncə vətənimizdə, daha sonra ölkə xaricində tanıtmaqdır”, – “Star Kids Group” direktoru Aygün Əliyeva qeyd etdi.

Münsiflər heyətində İştirak etdilər – Yeganə Sadıxova,  Ayaz Qasımov,  Şəhriyar Əbilov,  Əfruz Əmirova, Əli Hüseynov,  Sevinc Əliyeva, Nurlana Miyabi.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!